Alimlərin qocalma prosesi barədə inanılmaz kəşfi

Yeni araşdırmalar insanların fərqli yaşlarda üç mərhələdə yaşlandığını göstərib.

Bununla bağlı araşdırmalar “Nature Medicine” jurnalında dərc edilib.

Tədqiqat aparan həkimlər bu qənaətə gəlib ki, insan bədəni 34, 60 və 78 yaşlarda başlayan üç əsas qocalma mərhələsindən keçir. Bu tədqiqat vacibdir, çünki qocalma ilə bağlı yeni məlumatlar mütəxəssislərə insan orqanizmində yaşla əlaqədar olaraq nəyin dəyişdiyini və yaşla əlaqəli yaranan xəstəliklərlə daha yaxşı mübarizə aparmağın yollarını tapmağa imkan verəcək.

Tədqiqat zamanı həkimlər 18-95 yaş arasındakı dörd mindən çox insanın qan plazmasının tərkibini analiz edib və içərisində olan üç mindən çox zülalı yoxlayıb. Yaşla birlikdə 1300-dən çox zülalın dəyişdiyi məlum olub. Ən əhəmiyyətli problemlər 34, 60 və 78 yaş arası insanlarda müşahidə edilib.

Alimlər bunun hansı səbəblərdən baş verdiyini müəyyənləşdirə bilməyib. Bununla belə tədqiqatların aparılması çox faydalıdır, bu, tibb işçilərinin xəstələrə daxili orqanlarının hansı sürətlə qocaldığını deməyə imkan verəcək. Bundan başqa zülalların öyrənilməsi təsdiq edib ki, qadınlar və kişilərin yaşlanma prosesi müxtəlif gedir.

Bu nəticələr üzərində bir neçə il işləmək lazımdır. Ola bilsin ki, qan analizinin gələcək nəticələri orqanizmin hansı sürətlə qocaldığını deməyə imkan verəcək


Bütün xəbərlər