AZAL bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Hava Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

İnterval.Az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, qurumun bütün heyəti, həm aviaşirkət tərəfindən, həm də aeroport tərəfindən gücləndirilmiş rejimdə işləyəcək:

“Azərbaycan Hava Yolları” QSC-nin sərnişinlərə, hava gəmilərinə və yüklərə xidmət göstərən bütün xidmət və təşkilatların növbələr ilə fasiləsiz çalışdığını nəzərə alaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həmin ərəfələrdə standart iş rejimi daha da gücləndiriləcək və sərnişinlərə, baqajlara, yüklərə, həmçinin hava gəmilərinə lazımi xidmətlər yüksək səviyyədə göstəriləcək”.


Bütün xəbərlər