Qazaxıstanın paytaxtı bağlana bilər

Qazaxıstanın paytaxtı Nur-Sultanın rəhbərliyi koronavirus təhlükəsi ilə əlaqədar şəhərin bağlanması məsələsini müzakirə edəcək.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Dias Ahmetşarip deyib.

Onun sözlərinə görə, bununla bağlı qərar gün ərzində verilə bilər.

Qeyd edək ki, Nur-Sutan şəhərində təkcə bu gün 14 yeni yoluxma faktı aşkar edilib.

Ümumilikdə, ölkədə 27 yoluxma qeydə alınıb.


Bütün xəbərlər