Putin son üç ildə ilk dəfə…

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Minskə birgünlük işgüzar səfərə gedəcək və burada Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Interval.Az  bildirir ki, iki ölkənin liderləri müntəzəm olaraq, o cümlədən şəxsən və telefonla əlaqə saxlayırlar.

Son üç ildə onların bütün genişmiqyaslı ikitərəfli danışıqları Rusiyada aparılıb.

Putin 2019-cu ilin iyunundan bəri ilk dəfə Belarusa səfər edəcək.

Kremlin mətbuat xidmətinin qeyd etdiyi kimi, Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin əsas məsələlərini, həmçinin beynəlxalq və aktual mövzuları müzakirə etmək planlaşdırılır.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər