Milyarder Fərhad Əhmədov 64 yaşında ata oldu – FOTO

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov yenidən ata olub.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial şəbəkədə məlumat verib.

Xəstəxanada çəkilən fotonu yayımlayan Hacı Nuran, milyarderin ötən gün gecə saatlarında Adəm adlı oğlunun dünyaya gəldiyini bildirib.

Qeyd edək ki, 64 yaşlı iş adamının 2020-ci ilə olan şəxsi kapitalı 1 milyard 400 milyon dollardır. Onun indiyədək olan evliliklərindən 3 oğlu, 2 qızı var. F.Əhmədov həmçinin 2 nəvə sahibidir.


Bütün xəbərlər