Türkiyə regionda və beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir

Müasir Türkiyə regionda və beynəlxalq aləmdə mövqelərini möhkəmləndirən güclü dövlətdir. Türkiyə iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.

Interval.az  bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü ölkənin şimal-şərqindəki Giresun vilayətində bir sıra obyektlərin açılışında deyib.

R.T. Ərdoğan qeyd edib ki, son 10 il Türkiyə üçün xüsusilə çətin olub: “Ölkəmiz bir çox çətinliklərin öhdəsindən gəlməli olub, lakin bu gün gələcəyə inamla baxmaq üçün bütün imkanlarımız var. Türkiyənin kursuna təsir etmək cəhdlərinin uğursuzluğunu dərk edən dairələr onun yolunda əngəllər yaratmağa, iqtisadiyyatını məhv etməyə çalışırlar”, – prezident bildirib.

Dövlət başçısı həm təhlükəsizlik, həm də iqtisadi sahədə Türkiyəyə zərər vurmaq cəhdlərinə diqqət çəkib.

“Valyuta bazarlarında baş verən son manipulyasiyalara cavab olaraq dövlət milli valyutanı qorumaq üçün addımlar atdı ki, bu da türk lirəsinin sabitləşməsinə kömək etdi. Faiz dərəcələri aşağı düşüb və bundan sonra da azalacaq. Bununla da inflyasiya səviyyəsi aşağı düşəcək”, – deyə prezident vurğulayıb.

Yıldray Arslan

Interval.az


Bütün xəbərlər