YAP deputatlığa namizədləri müəyyən etdi, əksər deputatların adı yeni siyahıda yoxdur – YENİLƏNİB

13:22

Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.

İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.

________
12:15

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.

İnterval.Az Trend-ə istinadən bildirir ki, iclasda partiyanın fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı müzakirələrdən sonra təsdiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.


Bütün xəbərlər