Çox şirniyyat yemək insanı kefsizləşdirir – ARAŞDIRMA

Hazırda istehsalatda 56 növdə şəkər var.

İnterval.Az xəbər verir ki, milli.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istehsalatda olan 56 növ şəkərin 95 faizi insan sağlamlığı üçün zərərlidir.

Şəkər sənayesi illərdir insanın şirniyyata qarşı həssaslığından yararlanır. Çünki insanın nəfsinin şirniyyat çəkməsi tamamilə bədəndə şirniyyata qarşı bağlılıq yaranması ilə əlaqəlidir. Tərkibində şəkər miqdarı normadan çox olan qidalar bizi eyni məhsuldan dəfələrlə çox yeməyə təhrik edir. Bunun səbəbi isə bədənin özü-özünü mükafatlandırma prinsipidir. Belə ki, şirniyyat yeyən zaman bədəndə xoşbəxtlik hormonu hesab edilən dopamin ifraz olunur. Bu da insanın özünü yaxşı hiss etməsinə səbəb olur.

Dopamin hormonu beyində müəyyən miqdarda var. Şirniyyat yeyən zaman bu səviyyədə anlıq artım baş verir. Amma bir müddət sonra bu hal insan üçün adiləşdiyindən beyin lazımi qədər dopamin ifraz etmir və dopamin səviyyəsi düşür.

Qısaca, hər zaman xoşbəxt hiss etməyimiz mümkün ikən, çoxlu şirniyyat yeməklə, əksinə adi günlərdə də özümüzü daha kefsiz hiss etməyimizə səbəb oluruq.


Bütün xəbərlər