Xəyanət edən ərini bu şərtlə bağışladı

Mart ayında boşanacaqları söylənən hollandiyalı keçmiş futbolçu Uesli Sneyder ilə aktrisa olan arvadı Yolante Kabau evliliklərinə bir şans daha veriblər.

İnterval.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün boşanması ilə bağlı bir çox versiya olsa da, aktrisaya yaxın mənbə futbolçunun ona xəyanət etdiyini söyləyib. Sneyder hətta barışmaq üçün arvadının qurduğu dərnəyə 2 milyon dollar pul hədiyyə etsə də, bu da Yolantenin qərarını dəyişdirməmişdi.

Lakin indi o, oğlu üçün evliliyə bir şans daha verməyi düşünür. Bunun üçün futbolçunun qarşısına bəzi şərtlər də qoyub. Belə ki, Sneyder sosial şəbəkədə qadın istifadəçiləri izləmədən çıxarmalı və nişan üzüyü daim barmağında olmalıdır.


Bütün xəbərlər