Azərbaycan poloçuları Avropa Çempionatında gümüş medal qazanıb – FOTO

 

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması həlledici final oyununa çıxıb.

Dövlət Sərhəd Xidmətindən İnterval.Az -a verilən xəbərə görə, sentyabr ayının 10-da komandamız son Avropa çempionu İspaniya yığması ilə qarşılaşıb və çətin mübarizədə gümüş medala layiq görülüb.

Komandamız bu mötəbər tədbirdə 3-cü dəfə iştirak etməsinə baxmayaraq Avropanın ən güclü 8 komandası ilə birlikdə yarışaraq çıxdığı 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup oyunundan qələbə ilə ayrılıb.

“İdmançılarımızı turnirin ikinci pilləsinə yüksəlmələri və gümüş medalları münasibətilə təbrik edir, nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə minnətdarlığımızı bildiririk”.

Zamiq Yunisov

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər