Erməni əsilli şəxslərlə birləşən Azərbaycanlılar öz həmvətənlilərinə qarşı sui-qəsd planı hazırlayıblar – VİDEO – FOTO

İstanbuldakı müxtəlif cinayətlərdə iştirak etdiyi və Rusiya ilə əlaqəsi olduğu təyin olunan cinayətkar dəstəyə qarşı əməliyyat təşkil edilib.

İnterval.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatda 17 şübhəli şəxs tutulub və nəzarətə alınıb. Şübhəlilər Türkiyədə yaşayan Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”ni (Nadir Səlifov) öldürmək məqsəsdiylə bir araya gəliblər.

Polis 31 yanvar tarixində gürcü əsilli Andri Malyi ləqəbli Guram Çıkladzenin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə üzərində əməliyyat keçirib. Rus mafiya qruplarının aralarındakı hesaplaşmaya görə Türkiyəyə gəldiklərini və hərəkət planı hazırlığında olduqları müəyyən edilib. Şübhəlilərin texniki və fiziki təqibə alan və işlərini uğurla tamamlayan polis, 31 yanvarda Kağıthane, Sarıyer və Qaziosmanpaşada 6 ünvanda əməliyyat keçirib. Sinxron əməliyyatlarda ümumilikdə 17 nəfər – 9 Azərbaycan, 5 Gürcüstan, 2 Ukrayna və 1 Rusiya vətəndaşı tutulub. Onlardan 11 tapança, tüfəng və 222 güllə ələ keçirilib.

Qeyd olunan şəxslər erməni və gürcü əsillidirlər və azərbacanlılar onlarla birləşərək öz həmvətənliləlirinə-azərbaycanlılara qarşı sui-qəsd planı hazırlayıblar.


Bütün xəbərlər