Bakıda tələbə öldü, cinayət işi başlandı

Bakıda tələbə dəm qazından boğulub.

İnterval.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Göyçay rayonunun Çərəkə kənd sakini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, 2001-ci il təvəllüdlü Babayeva Lalə Niyaməddin qızının Nərimanov rayonu, A. Heydərov küçəsi 21, mənzil 9-da kirayədə qaldığı evin hamam otağında meyiti tapılıb.

Meyit müayinə edilərkən müəyyən olunub ki, L.Babayeva dəm qazından boğulub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.


Bütün xəbərlər