Beş nəfəri öldürən şəxs: “İçimə cin girmişdi”

Türkiyənin Aydın şəhərində 50 yaşlı Mustafa Duran beş nəfəri öldürüb, dörd nəfəri yaralayıb.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, arvadı Tülin Duran ondan boşanmaq üçün məhkəməyə ərizə verib.

Bundan qəzəblənən şəxs iki tüfənglə arvadının olduğu evə hücum edib və atəş açıb.

Nəticədə, qayınları 50 yaşlı Birol Karakılıç, 45 yaşlı Bəkir Cihan Karakılıç, qaynı arvadı, 45 yaşlı Əminə Özləm Karakılıç, qonşuları 38 yaşlı Filiz Kahya və 41 yaşlı Mehmed Kahya ölüb.

Arvadı Tülin Duran, qızı Tuğçə Karaklılıç və digər iki nəfər isə yaralanıb.

M.Duran hadisəni törədəndən sonra polisə gedərək əməlini etiraf edib.

Məhkəmədə verdiyi ifadəsində hadisəni törədən zaman içinə cin girdiyini deyən şəxs əsas məqsədinin evliliyinə problem yaradan qaynı Bəkiri öldürmək olduğunu bildirib.

İttiham tərəfinin ömürlük azadlıqdan məhrum edilməsini istədiyi M.Duranın barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb, məhkəmə yanvar ayında davam etdiriləcək.


Bütün xəbərlər