Fatih Sultan Mehmet, Ədalət simvoludur.

Interval.Az bildirir ki, Barış Manço bir Fransa Televiziya proqramında qonaq olan zaman fransız müxbir bir neçə dəfə türk xalqına barbar, vəhşi deyir. Barış Manço ilə aparıcı arasında olan dialoqu yazıram.
Barış Manço : Üzərində kağız pul var?
aparıcı:bəli var, nə olub ki?
Barış Manço :Çıxar baxım sizin pullara.
Aparıcı pulları çıxarır.
Barış Manço : Bu pulun üzərindəki rəsim kimindir?
aparıcı: generaldır.
Barış Manço :Bəs bu pulun üzərindəki foto?
aparıcı: Admiral.
Beləcə məlum olur ki, Fransa frankı üzərindəki rəsmilər ordu mənsublarına aiddir. Sonra Barış Manço türk lirası çıxarır və deyir :
Bax, bu paradakı foto şair Mehmet Akif Ersoya aiddir.
bu paradakı foto Mövlananındır, fikir, sənət adamıdır.
bu fotodakı adam Fatih Sultan Mehmetdir. Ədalət simvoludur.
bu fotodakı isə Atatürkdür. Yurdda sülh, cahanda sülh aforizminin müəllifi.
Bu dialoqdan sonra canlı yayım kəsilir, aparıcını verilişdən çıxarırlar, başqa aparıcı gəlir, türk xalqından, Barış Mançodan üzr istəyir və proqram davam edir.

Zamiq Yunisov 

Interval.Az


Bütün xəbərlər