E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib. 

Interval.Az  xəbər verir ki,

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.

O, cəmiyyətdə polisin nüfuzunun qorunması, ictimaiyyətin vaxtında məlumatlandırılması, media nümayəndələrinin baş vermiş hadislərlə bağı vaxtında məlumatlandırılması, maarifləndirmə işinin təşkilində xüsusi fəallığı ilə seçilir.

Zamiq Yunisov 

Interval.Az


Bütün xəbərlər