Vətən müharibəsində əlil olan şəxslərə avtomobil veriləcək

Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün növbə yoxdur. Lakin 2020-ci ildəki hərbi əməliyyatda əlil olan şəxslər də növbəlilik əsasında avtomobilllə təmin olunacaqlar.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, indiyədək ölkədə müharibə səbəbindən əlilliyi olan 7200-dək şəxsə avtomobil verilib.

B.Hüseynov əlvaə edib ki, 2020-ci ildə 400 şəxsə avtomobil verilib.


Bütün xəbərlər