Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı

Bakıda naməlum kişi meyiti tapılıb.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.

Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.

Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.


Bütün xəbərlər