Meyxanaçının bacısı oğlunun intiharının təfərrüatı – FOTO

Xəbər verildiyi kimi, tanınmış meyxanaçı Ələkbər Yasamallının 20 yaşlı bacısı oğlu Şamxal intihar edib.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, Şamxal itihardan əvvəlki gün dayısı ilə gecə saatlarına kimi söhbət edib. Söhbət zamanı o, Ələkbərə heç bir şey deməyib.

Şamxal daha sonra hamının evdən getdiyinə əmin olduqdan sonra özünü asaraq intihar edib. Mərhumun hansı səbəbdən intihara əl ətması bəlli deyil. Hazırda hadisə ilə bağlı istintaq gedir.

Gəncin ailəsi baş vermiş hadisədən dərin sarsıntı keçirib. Ələkbər Yasamallının bir çox sənət yoldaşı və meyxanaçılar söz ustadının evinə gələrək ona başsağlığı veriblər.


Bütün xəbərlər