Qazaxıstan neftinin nəqli ilə bağlı Komissiyanın tərkibi dəyişib – Sərəncam

İnterval.Az xəbər verir ki,     Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli sərəncamda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Komissiyanın üzvləri

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri.”.

Zamiq Yunisov 

Interval.Az


Bütün xəbərlər