“Barselona”ya cərimə və xəbərdarlıq

İspaniya Futbol Federasiyası “Barselona”nı cərimələyib.

İnterval.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb “Real” qarşı keçirilən sonuncu “El Klassiko”nun 55-ci dəqiqəsində Kataloniya klubunun azarkeşlərinin meydançaya toplar atdığı üçün qarşılaşmada fasilə yaranması olub.

İspaniya Futbol Federasiyası La Liqa təmsilçisini 500 avro məbləğində cərimələyib. Bundan əlavə eyni hal baş verərsə, “Barselona” azarkeşləri üçün tribunaların bağlanacağı haqda xəbərdarlıq edilib.

Qeyd edək ki, “Barselona”-“Real” görüşü 0:0 hesabı ilə yekunlaşıb.


Bütün xəbərlər