Fransada ən güclü su elektrik stansiyası fəaliyyətini dayandırdı

Fransanın ən güclü su elektrik stansiyasının fəaliyyəti etiraz əlaməti olaraq dayandırılıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, stansiyanın əməkdaşları Fransa hökumətinin təklif etdiyi pensiya islahatına etiraz olaraq bu addımı atıb.

Ölkənin cənub-şərqindəki İzer deparamentində yerləşən “Grand’Maison” su elektrik stansiyası Fransada istifadə olunan bütün su elektrik stansiyalarının istehsal gücünün 9 faizini təşkil edir.

Hələlik stansiyanın işinin dayanmasının nəticələri barədə məlumat verilməyib.

Qeyd edək ki, Fransada təklif olunan pensiya islahatları ilə bağlı tətil və etirazlar uzun müddətdir ki, davam edir.


Bütün xəbərlər