Milli Məclisin deputatlarına pul mükafatı verilib

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib.

İnterval.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, bayramlarla əlaqədar deputatlara 730 manat məbləğində əlavə pul mükafatı ödənilib: “Mən də digər həmkarlarım kimi həmin pulu almışam”.

Qeyd edək ki, 2019-cu ilin dekabrın 2-də Milli Məclisin deputatları qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Dekabrın 4-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması məsələsinə baxıb və qərarı Konstitusiyaya uyğun hesab edib. Məhkəmənin qərarına görə, Milli Məclisdə yeni çağrış fəaliyyətə başlayanadək hazırkı parlamentin səlahiyyətləri saxlanılır.

Dekabrın 5-də isə Prezident İlham Əliyev parlamentin buraxılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.


Bütün xəbərlər