Ona kişi ilə xəyanət edəcəyindən qorxaraq, Merkurini tərk edən sevgilisindən etiraf

Əfsanəvi “Queen” qrupunun solisti Fredi Merkurinin ilk sevgilisi Rouz Lirson onunla ayrıldığına görə çox peşman olduğunu dilə gətirib.

İnterval.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə “Mirror” nəşri bildirib. Rouzun bildirdiyinə görə, o, müğənni ilə kollecdə tanış olublar. Bundan sonra onların sevgi münasibətləri başlayıb.

Cütlüyün ayrılmasına səbəb isə Merkurinin kişilərə olan marağı olub. Qız ona kişi ilə xəyanət edəcəyindən qorxaraq, əfsanəvi müğənnini tərk edib.

“Fredi ondan ayrılmamağım üçün mənə yalvarırdı”, – Rouz açıqlamasında qeyd edib.

Daha sonra o, Merkuri ilə olan münasibətinin ona bir insan kimi formalaşmasında çox müsbət təsir göstərdiyini və bunun üçün taleyinə minnətdar olduğunu da vurğulayıb.


Bütün xəbərlər