Ərdoğandan Ukrayna ilə bağlı AÇIQLAMA

Türkiyə bütün qətiyyəti ilə Ukraynada davamlı atəşkəsin əldə olunması istiqamətində səylərini davam etdirəcək.

Interval.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə Ankarada danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə və Almaniya liderləri Ukrayna böhranının həlli üçün diplomatik səyləri artırmaq, eyni zamanda Avropa təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlər görmək barədə razılığa gəliblər.

Bundan əlavə, Türkiyə dövlət başçısı Almaniya ilə iqtisadi əlaqələrin inkişaf perspektivlərini yüksək qiymətləndirib.

“2020-ci ildə Türkiyə və Almaniya arasında ticarətin həcmi təxminən 38 milyard dollar olub. 2021-ci ildə bu göstərici 41 milyard dolları keçib. Biz bu rəqəmi 50 milyard dollara çatdırmaqda qərarlıyıq”, – Rəcəb Tayyip Ərdoğan qeyd edib.

Yıldray Arslan

Interval.Az


Bütün xəbərlər