“Onlar dəmir-beton kimi bizə yapışıblar” – Lukaşenko Putinlə danışdı

Belarus və Rusiya Prezidentləri Aleksandr Lukaşenko ilə Vladimir Putin arasında növbəti telefon danışığı olub.

Interval.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, telefon söhbəti iki saat davam edib.

“Belarusa qarşı başlayan hibrid müharibə, xüsusən də iqtisadiyyat və maliyyə sahəsindəki sanksiya müharibəsi çoxdandır. Onlar dəmir-beton kimi bizə yapışıblar. Biz bu gün Prezident Putinlə iki saat bu barədə danışdıq”, – deyə Lukaşenko rusiyalı həmkarı ilə danışıqlarda qeyd edib.

Interval.Az


Bütün xəbərlər