“Formula 1” Rusiya telekanalı ilə müqaviləni pozub

“Formula 1” Rusiyanın “Match TV” telekanalı ilə müqaviləni pozub.

Interval.Az bildirir ki, bu barədə telekanalın baş prodüseri Aleksandr Taşin açıqlama verib.

Onun sözlərinə görə, dünya çempionatının 2022-ci il mövsümü Rusiyada yayımlanmayacaq.

Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, “Formula 1” 2020-ci ildə “Match TV” ilə 3 illik müqavilə imzalayıb.

Interval.Az


Bütün xəbərlər