Rusiyanın Baş prokuroru vəzifəsini tərk edir

Rusiyanın Baş prokuroru Yuri Çayka vəzifəsini tərk edir.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bu addım onun yeni vəzifəyə keçidi ilə əlaqədardır.

Ölkə prezidenti Vladimir Putini Baş prokuror vəzifəsinə İstintaq Komitəsinin sədr müavini İqor Krasnovun namizədliyini təklif edib.

Qeyd edək ki, Yuri Çayka 2006-cı ildən Rusiyanın Baş prokuroru vəzifəsində işləyib. Bundan əvvəl o, ədliyyə naziri olub.


Bütün xəbərlər