Klopp və Messi ilin ən yaxşısı elan olundu

“World Soccer Awards” 2019-cu ilin ən yaxşılarının adlarını açıqlayıb.

İnterval.Az goal.az-a istinadən xəbər verir ki, sorğuda “Barselona”nın kapitanı Lionel Messi hamıdan çox xal toplayıb.

Argentinalı superulduz 613 səslə 2019-cu ilin ən yaxşı futbolçusu olub. O, bununla 5-ci dəfə bu ada layiq görülür. 2009, 2011, 2012 və 2015-ci illərdə də eyni uğuru təkrarlayan Messi bu sayda “Yuventus”un hücumçusu Kriştianu Ronalduya çatıb.

İlk “üçlüy”ün digər simaları “Liverpool”lular olub. Müdafiəçi Vircil van Dayk Messidən cəmi 11 səs az toplayıb. Hücumçu Sadio Mane isə 366 səslə üçüncü olub.

İlin ən yaxşı baş məşqçisi “Liverpool”un çalışdırıcısı Yurgen Klopp seçilib. Almaniyalı mütəxəssis 67 xal toplayıb. İlin komandası isə “Liverpul” olub. 60 səs yığan “qırmızılar” “Ayaks” və “Mançester Siti”ni aşkar üstələyib.


Bütün xəbərlər