Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri kimdir?

#SİYASƏT

 

Xəbər verdiyimiz kimi, bu gün bir sıra məhkəmələrə yeni sədr və hakimlər təyin edilib.

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, İsmayıl Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub. O, bu təyinata qədər Ali Məhkəmənin hakimi idi. Ölkədə ən səs-küylü məhkəmə proseslərinin keçirildiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədrinin dosyesini təqdim edirik:

Interval.Az xəbər verir ki, İsmayıl Xəlilov 1967-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əvvəlcə prokurorluq orqanlarında çalışıb. 2007-2012-ci illərdə Qaradağ Rayon Məhkəməsinin hakimi, 2012-2020-ci illərdə Bakı Apelyasiya Məhkəməsinin hakimi, 2020-ci ildən isə Ali Məhkəmənin hakimi olub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki sədri Mahmud Nəbiyev idi. O, dekabrın 7-də dünyasını dəyişib. Mahmud Nəbiyevin vəfatından sonra sədrin vəzifələrinin icrası müvəqqəti olaraq hakim Zeynal Ağayevə həvalə olunmuşdu. Z.Ağayev bu günkü sərəncamla Bakı Hərbi Məhkəməsinə hakim təyin olunub.

Zamiq Yunisov


Bütün xəbərlər