Kapital Bank BAFT-ın 100 illik yubileyinə həsr olunan Qlobal Toplantıda iştirak edib

Kapital Bank 1-4 may 2022-ci il tarixlərində Amerika Banklar Assosiasiyasının (AmericanBankersAssociation)törəmə qurumuolan Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Qlobal İllik Toplantı BAFT-ınpandemiya başlayandansonrakeçirdiyi ilk canlı tədbirdir.

Toplantıda Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq vəTexnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov iştirak edib. Fərid Səmədov həmçinin 2021-ci ildə BAFT Gələcək Liderlər Proqramına (“BAFT FutureLeadersProgram”) seçilib. Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir.

Hibrid formatda -həm onlayn, həm canlışəkildə ABŞ-ın Vaşinqton şəhərindətəşkil olunanBAFT-ın builki Qlobal Toplantısı qurumun 100 illik yubileyinə həsr olunub. Tədbir beynəlxalq ekspertlərin çıxışları, müxtəlif mövzularda sessiyalar və iştirakçılar arasında fikir mübadilələrinin aparılması üçün ikitərəfli görüşlərlə yadda qalıb.Gündəmdə olan mövzular sırasınaqlobal iqtisadiyyat və gələcək fəaliyyət, rəqəmsallaşma və texnologiya, dünya iqtisadiyyatına və onun sabitliyinə təsir edən yeni çağırışlar, ekoloji, sosial və korporativ idarəetmə və digər məsələlər daxil edilib.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasının (AmericanBankersAssociation) üzvüdür və MDB dövlətləri arasında assosiasiyada təmsil olunan yeganə maliyyə qurumudur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt,BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Interval.Az

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər