Dünyada koronavirusa yoluxanların sayı 76 mindən çox artıb

Aprelin 27-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 954 222 nəfərə çatıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 76 026 nəfər yeni koronavirusa yoluxub, 3 932 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 954 222 nəfərə, ölənlərin isə 202 597 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 386 693 yoluxma və 126 429 ölüm halı. Avropa regionunda sutka ərzində 27 313 yoluxma halı, 1 904 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 28-nə olan məlumatlara əsasən, yoluxanların sayı 1 179 607, ölənlərin sayı isə 60 211 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 171 238 yoluxma və 7 148 ölüm halı qeydə alınıb.


Bütün xəbərlər