Premyer Liqamızda ən çox oyun keçirən gənclər müəyyənləşdi

Peşəkar Futbol Liqası 2019/2020-ci illər mövsümünün ilk yarısında ən çox oyun keçirmiş gənc futbolçuların siyahsını açıqlayıb.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, limitə düşən (1998) və daha gənc oyunçuların reytinqində ilk pilləni “Keşlə” ilə “Səbail” tutur.

Tərlan Əhmədovun komandasından yarımmüdafiəçi Tural Bayramlı və Bayıl klubunun müdafiəçisi Turan Manafov daha çox – 14 görüşdə meydana çıxıb.


Bütün xəbərlər