“Qarabağ”ın ilk sınağı

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə görüş saat 18:00-da start götürəcək.

“Qarabağ” bundan əlavə, yanvarın 22-də Qazaxıstanın “Jetisu”, yanvarın 25-də Çexiyanın “Siqma” və Polşanın “Visla” (Plok) klublarıyla qarşılaşacaq.

Yoxlama oyunu

18 yanvar

18:00 Qarabağ – Akademika Klinçeni (Rumıniya)
Türkiyə, Antalya


Bütün xəbərlər