Fəxrəddin Manafovdan “Təhminə” ilə bağlı etiraf – VİDEO

“O üz” proqramının qonağı olan Xalq artisti Fəxrəddin Manafov duyğulu anlar yaşayıb.

Interval.Az xəbər verir ki, verilişdə aktyor üçün “Təhminə və Zaur” filmindən xatirələr təqdim edilib. “Təhminə” obrazına girən xanımı görən Manafov dünyasını dəyişən Vahidə Sadıqovanı xatırlayıb:

“Məni keçmişə apardı. Amma filmi deyil, indi başqa və gözəl bir dünyada yaşayan həyat dostum, 48 il birlikdə olduğumuz həyat yoldaşımı… O da televiziyada çalışırdı, aparıcı idi. “Təhminə” filmində qəribə anlar var idi. Mən də evdə otururdum, gözləyirdim ki, axşam gedib qarşılayacağam. Mən çəkilişdə olanda atam gedib qarşılayırdı”.

Interval.Az

 


Bütün xəbərlər