Azərbaycanlı aktrisanın çəkildiyi serial dayandırıldı

“Show TV”də yayımlanan “Üç kuruş” serialının baş rol ifaçısı, aktyor Uraz Kayğılaroğlu koronavirusa yoluxub.

Interval.az xəbər verir ki, Urazdan başqa çəkiliş meydançasında yer alan heyətin digər üzvlərinin də test nəticələri pozitiv çıxıb. Ekran işinin hər iki rejissoru da COVID-19 səbəbindən özünü təcrid edib.

Bu səbəbdən serialın çəkilişləri təxirə salınıb.

Qeyd edək ki, ekran işinin digər baş rollarını azərbaycanlı aktrisa Nəsrin Cavadzadə, və Ekin Koç canlandırır.

Yıldray Arslan

Interval.az


Bütün xəbərlər