Həm müdafiə naziri, həm də düşmənin polkovniki ilə yatan qız intim səhnəsi QALMAQAL YARATDI – FOTO

Britaniyanın məşhur modeli Kristina Marqaret Kilerlə (Christine Margaret Keeler) bağlı çəkilən mini-serial qalmaqal yaradıb.

İnterval.Az xəbər verir ki, Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ekran işinin ilk seriyası sevişmə kadrları ilə başlayıb və 1 dəqiqə ərzində 2 fərqli intim səhnə yer alıb.

“The Trial of Christine Keeler” mini-serialının baş roluna aktrisa Sophie Cookson çəkilib. O, ekran işində dəfələrlə çılpaq halda kamera qarşısına keçib.

Qeyd edək ki, 1942-ci ilin fevral ayının 22-də dünyaya gələn Kristina Britaniya tarixində mənfi yöndə iz qoyan modellərdən biridir. Onun adı siyasət tarixinə “Profume olayı” kimi düşüb. Model İngiltərəni sarsıdan ən böyük seks skandalının əsas səbəbkarıdır.

Belə ki, o, İngiltərənin müdafiə naziri Con Profume ilə münasibətdəykən Londondakı Sovet ataşşesinin polkovniki Eugene İvanov ilə də yatıb. Olayın üstü açıldıqdan sonra casusluqda ittiham olunan Kristina “Və nəhayət reallıq…mənim hekayəm” kitabını yazıb. O, kitabında qeyd edib ki, casusluq etməyib, amma onu rus polkovniklə görüşdürən şəxs casus olub.

1963-cü ildə “icarəyə götürülmüş qız” olaraq adı tarixə düşən Kristina Kiler yalan ifadə verdiyinə görə 9 ay müddətinə azadlıqdan məhrum edilib. Müdafiə naziri isə 19 yaşlı modelin rus polkovniklə yatdığını öyrəndikdən sonra nüfuzunu itirdiyi üçün istefa verib.

Kristina 2017-ci ilin dekabr ayında dünyasını dəyişib.


Bütün xəbərlər