Usta təmir etdiyi kilsə tualetinin divarından 600 min dollar tapdı

Texasın Hyuston bölgəsindəki Leykvud kilsəsində maraqlı hadisə baş verib.

Burada təmir aparan santexnik tualet divarındakı dəlikdən 500-ə yaxın zərf tapıb. Zərflərdən toplam 600 min dollar pul çıxıb.

Interval.az xəbər verir ki, vəsaitin 200 min dolları nəğd, 400 min dolları isə çek şəklində olub.

Usta tualetdən tapılan pullar barədə dərhal aidiyyəti qurumlara məlumat verib.

Hazırda polis hadisəni araşdırır.


Bütün xəbərlər