Tramp generala hirsləndi – Putinin zəngini ondan gizlədib

ABŞ prezidenti Donald Tramp 2017-ci ildə Pentaqonun Kəşfiyyat İdarəsinin direktoru Maykl Flinni və Ağ Evin yüksək vəzifəli əməkdaşlarını Rusiya lideri Vladimir Putinin zəngi barədə ona məlumat vermədikləri üçün danlayıb.

RİA “Novosti”nin məlumatına əsasən, bu barədə Piter Berqenin “Tramp və onun generalları: xaosun dəyəri” adlı yeni kitabında deyilir.

Berqen mənbələrə istinadən xəbər verir ki, 27 yanvar 2017-ci il tarixində seçkilərdə qalib gələn Tramp Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə Ağ Evdə nahar edib. Mey Trampdan Putinin ona zəng vurub-vurmadığını soruşub. Cavabında isə ABŞ lideri başını bulayıb. Bu zaman prezidentin yanında duran Flinn ona tərəf əyilib və Rusiya liderinin bir neçə gün əvvəl zəng etdiyini bildirib.

İnterval.Az oxu.az-a istinadən bildirir ki, bu cavabdan kefi korlanan Tramp Flinni və Ağ Evin digər əməkdaşlarını acılayıb.

“Zarafat edirsən? Vladimir Putin mənə zəng etməyə çalışıb, sən isə mənə ötürməmisən (dəstəyi – red.)? Fikrin harada idi?” – kitabda Trampın sözləri verilir.

Flinn özünə bəraət qazandırmaq üçün bildirib ki, Ağ Evə son günlərdə həddindən çox zəng daxil olub, lakin Tramp onu dinləmək istəməyib. Amerikalı siyasətçi Putini “ABŞ-ı məhv edə biləcək yeganə insan” adlandırıb və öz heyətinin telefon söhbətini təxirə salmaqla bağlı qərarını düzgün hesab etməyib.

İstefada olan general-leytenant Maykl Flinn 20 yanvar-13 fevral 2017-ci il tarixlərində ölkə prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olub.


Bütün xəbərlər