Şabranda güclü yanğın – Helikopterlər cəlb olundu

İnterval.Az xəbər verir ki,   Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.

Yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər