ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Azərbaycandadır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri Azərbaycanda səfərdədir.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, müşahidəçilərdən ibarət nümayəndə heyətinə DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri, səfir Piter Tecler rəhbərlik edir.

Səfərin məqsədi DTİHB müşahidəçilərindən ibarət missiyanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindəki rolu və planlaşdırılan fəaliyyəti ilə bağlı məlumat verməkdir.


Bütün xəbərlər