Rusiyanın koronavirusa yoluxan Baş nazirindən xəbər var

Rusiyanın koronavirusa yoluxan Baş naziri Mixail Mişustin xəstəxanadan işləməyə davam edir.

İnterval.Az-ın məlumatına əsasən, “Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Boris Belyakov bildirib. Hazırda Mişustinin səhhətinin normal olduğunu bildirən sözçü onun telefon vasitəsilə işçilərlə əlaqədə olduğunu və sənədlərlə işlədiyini qeyd edib.

Xatırladaq ki, Mixail Mişustin aprelin 30-da xəstəliyi barədə Prezident Vladimir Putinə məruzə etmişdi.


Bütün xəbərlər