“Tarix yazan imza” adlı xeyriyyə tədbiri 1 iyun tarixində Heydər Əliyev Sarayında baş tutacaq.

İnterval.Az bildirir ki,   Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarix yazan imza” adlı xeyriyyə tədbiri 1 iyun tarixində Heydər Əliyev Sarayında baş tutacaq.
“Heydər Əliyev ili”nə həsr olunmuş bu tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film və videoçarxlar nümayiş olunacaq.
Solistlər:
Faiq Ağayev
Fidan Hacıyeva
Mübariz Tağıyev
Fərqanə Qasımova
Gülüstan Əliyeva
İdrak liseyinin şagirdləri (rəqs, tamaşa, xor)
Biletləri şəhərimizin kassalarından və həmçinin onlin iTicket.Az saytından əldə edə bilərsiniz.  
Zamiq Yunisov
İnterval.Az 

Bütün xəbərlər