Bakıda təmir etdiyi “BMW”ni qaçıran usta saxlanıldı

Avtotəmir sexlərindən birinin qarşısından “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev avtomobillə birgə saxlanılıb.

İnterval.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata görə, dekabrın 6-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılmışdır.


Bütün xəbərlər