“Qarabağ”ın futbolçusu aldadıldı – Cənubi Kiprdə yox, Şimali Kiprdə oynayacaq

Azərbaycanlı futbolçu Famil Camalovu menecerlər aldadıb.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, I divizionda çıxış edən “Zaqatala” klubunun 21 yaşlı hücumameyilli yarımmüdafiəçi UEFA-nın tanıdığı Cənubi Kirpdə yox, yalnız Türkiyənin tanıdığı Şimali Kiprdə oynayacaq.

Halbuki meneceri onun Kiprin AEL klubunda oynayacağını bildirmişdi. I divizionda oynayan futbolçunun Kipr elitasında mübarizə aparan klubdan təklif alması isə heç inandırıcı gəlmirdi. Ancaq indi məlum olub ki, o aldadılıb.

Gənc futbolçu Cənubi Kiprdə yox, UEFA-nın tanımadığı Şimali Kiprdə oynayacaq.

Qeyd edək ki, Moskva doğumlu, 21 yaşadək millimizin üzvü Famil Camalov müqavilə ilə “Qarabağ”a məxsusdur.


Bütün xəbərlər