Qarabağdakı vəziyyət Azərbaycanın cızdığı plan üzrə gedir – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanın 23 saata keçirdiyi uğurlu antiterror əməliyyatı öz nəticəsini verdi. Qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Bu gün eyni zamanda, Qarabağdakı ermənilərin nümayəndələrinin Yevlaxda Azərbaycan mərkəzi hakimiyyəti ilə müzakirələri də baş tutdu. Hər şey Azərbaycanın müəyyənləşdirdiyi plan üzrə gedir desək yanılmarıq.

Baş verən hadisələri Trend-ə şərh edən siyasi ekspert Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan törədilən təxribatlara rəğmən prosesin dialoq müstəvisində aparılmasında maraqlı olub. Lakin sözü gedən qruplar və onların himayədarları prosesin hansısa kankret nəticələr verməsinə mane oldular.

“Azərbaycanın öz ərazilərində antiterror tədbirləri həyata keçirməsi zəruri idi. Qeyri-qanuni hərbi birləşmələr Azərbaycan vətəndaşlarının həyatına təhlükə yaradırdılar. Həyata keçirilən əməliyyat növbəti dəfə Azərbaycan Ordusunun peşəkarlığını, gücünü göstərdi”.

Geniş videomüsahibəni təqdim edirik:

İlahə Seyidova

İnterval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər