Türkiyə və Gürcüstanın XİN rəhbərləri Azərbaycana səfər edəcəklər

Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.


Bütün xəbərlər