Görkəmli bəstəkar Faiq Sücəddinovun ad günüdür

İnterval.Az  bildirir ki, Bu gün məşhur Azərbaycan bəstəkarı, Xalq artisti, əməkdar incəsənət xadimi, “Şöhtət” ordenli Faiq Sücəddinovun 76 yaşı tamam olur. Mirfaiq Miri oğlu Sücəddinov 1947-ci il iyunun 14-də Gəncədə anadan olub. O, ilk musiqi təhsilini skripka sinfində alıb. 1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub.

1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orkestrdə çalışmağa başlayıb. XX əsrin 70-ci illərində Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib.

1977-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarliq fakultəsində təhsil alıb.1981-ci ildə Azərbaycan Konservatoriyasının bəstəkarlıq sinfini (Xəyyam Mirzəzadənin sinfi) bitirib. 90-cı illər bir sıra klassik əsərlər yaradan bəstəkar üçün xüsusilə məhsuldar olub.

Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996), B.Vəziroğlunun, F.Qocanın, V.Cəbrayılzadənin sözlərinə bəstələdiyi mahnılar var.

2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb – fəaliyyət göstərib. Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996), “Vətən” balladası və s. vardır.   2006-cı ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı, 2007-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

O, “Qraf Krestovski”, “Qeyri-müəyyənlik şəraitində”, “Həqiqət anı”, “Bahar oğlu” və başqa kinofilmlərə mahnılar bəstələyib. Faiq Sücəddinov hazırda estrada ifaçıları ilə çalışır, “Eurovision” milli seçim turunun münsiflər heyətinin üzvüdür.

Faiq müəllimi doğum günü münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində böyük uğurlar arzu edirik!

Zamiq Yunisov

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər