• Haqqımızda
  • Əlaqə
Site Logo
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Kriminal-Hadisə
  • Mədəniyyət
  • Şou-Biznes
  • İdman
  • Dünya
  • Sağlamlıq
  • Maraqlı
    • Texnologiya
  • Multimedia
    • Video
    • Foto

Siyasət

  • Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz kökləri

    Zamiq Yunisov 24 May 2023 | 13:35
    0 398
    Cəmmiyyət Foto İkinci manşet Lent manşet Maraqlı Siyasət

    Pakistan İslam Respublikası Azərbaycan Respublikasına dost və qardaş ölkədir. Bu dövlətlər arasında əlaqələr ilk növbədə öz yaxınlığı, qloballığı və regional məsələlərdə mövqelərinin üst-üstə düşməsi ilə xarakterizə olunur. Pakistan Cənubi, Mərkəzi və Qərbi Asiya regionlarının qovşağındakı mühüm geopolitik vəziyyətinə görə beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi mövqeyi və söz sahibi olan dövlət, İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzv ölkələrindən biridir. Bu qardaş ölkənin qlobal siyasi proseslərdə mövqeyini möhkəmləndirən digər vacib amil onun İslam aləmində hələlik nüvə silahına malik yeganə dövlət olmasıdır. Pakistan raket texnologiyasının inkişafına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Açıq mənbələrə əsasən, Pakistan ordusu gücünə görə dünyada 11-ci yeri tutur. Pakistan XX əsrin birinci yarısında çətin milli azadlıq mübarizəsindən sonra 1947-ci ildə müstəqilliyini elan edərək, müstəqil dövlət kimi dünya xəritəsində öz layiqli yerini tutmuşdur. Müstəqillik tarixinin az olmasına baxmayaraq, Pakistan dərin mədəniyyətə və sivilizasiyaya malik bir dövlətdir. Pakistan ərazilərində vaxtilə mövcud olmuş qədim mədəniyyətlər, həmçinin Neolit və Tunc dövrünə aid abidələr, yaşayış məntəqələri və s. bunu sübut edir. Tarixin sonrakı mərhələlərində də bu ərazi böyük dövlətlərin və imperiyaların vətəni olmuş, böyük mədəniyyətlərə ev sahibliyi etmişdir. Pakistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin dərin tarixi kökləri vardır. Bu əlaqələr qədim etnik köklər, mənəvi-dini bağlar və ən son dövrlərdə siyasi-hərbi müttəfiqlik üzərində qurulmuşdur. Xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin min illər boyu bu günümüzə qədər qorunub saxlanması isə ilk növbədə, geneoloji yaddaşlarda əbədi qalan qohumluq əlaqələrinin nəticəsidir. Ona görə də bəzi yazılarda Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq əlaqələrinin XX əsrin əvvəllərindən başlayaraq yaranması barədə irəli sürülən fikirlər həqiqətə uyğun deyildir. Xalqlarımız arasındakı əlaqələrdən danışarkən qeyd etmək lazımdır ki, tarixi mənbələrdə bu münasibətlərin formalaşmasının ilkin köklərinin eramızın I minilliyinə qədər gedib çatdığı bəllidir, XIV-XV əsrlərdə isə bu əlaqələrin daha da intensivləşməsi prosesi baş vermişdir. Həmin dövrlərdə hazırda bərpa edilməsi bütün dünyanın diqqətində olan ovaxtkı İpək yolu ilə tacirlər orta əsrlərdə dünyanın ticarət mərkəzlərindən sayılan Pakistanın Multan şəhərindən Bakı şəhərinə ticarət etməyə gəlirdilər. Bir müddət burada qalandan sonra isə onlar həmin yolla digər Avropa ölkələrinə də üz tuturdular. O dövrdə səfər edən tacirlərin sayının çox olması və belə səfərlərin intensiv xarakter alması onların yerləşdirilməsi üçün dayanacaq məntəqələrinin tikilməsini zəruri edir və məhz bu məqsədlə də Bakıda karvansaraylar tikilirdi. Bu gün İçərişəhərdəki bəzən Multanı karvansarayı adlandırılan XIV-XV əsrlərin abidəsi olan Karvansaray da həmin tarixi münasibətlərin izlərini qoruyub saxlayan bir yadigar, tarixi sənəddir. 2016-cı ilin 14 oktyabrında Azərbaycana rəsmi səfəri çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatla çıxış edərkən demişdi: “Qeyd etmək istərdim ki, mən Bakıya ilk dəfə səfər edirəm. “Küləklər şəhəri” adlandırılan Bakı bir çox pakistanlıya doğma vətənini xatırladır. Bakının mərkəzində yerləşən Multanı karvansarayı, – mən dünən oranı ziyarət etdim, – xalqlarımız arasında tarixi bağlılığın təsdiqidir. Həmkarlarıma bildirmək istərdim ki, bu karvansaraya Multan şəhərinin şərəfinə “Multanı” adı verilib. Bura çox gözəl bir yerdir, vaxtilə insanlar burada gecələmişlər. Mən də dünən böyük məmnuniyyətlə bu karvansarayla tanış oldum. Dediyim kimi, bu, bizim tarixi bağlılığımızın təsdiqidir”. Ümumiyyətlə, tarixi mənbələr göstərir ki, sonuncu minilliyin əvvəlindən sonuna qədər olan tarixi dövrlərdə də Pakistan ərazisində yaşayan etnik qruplar arasında həmişə türk mənsubiyyətli qruplar olmuş, onlar qaynayıb qarışmış və sonrakı tarixi mərhələlərdə birlikdə müasir Pakistan xalqının formalaşmasında iştirak etmişlər. Xüsusi qeyd etmək lazımdır ki, Səfəvilər və Əfşarların hakimiyyəti dövründə Azərbaycanın bu regionla yaranmış yaxın hərbi, siyasi-iqtisadi və mədəni-ədəbi əlaqələri xalqlarımız arasında dərin tarixi izlər buraxmışdır. Şah I Təhmasibin (1524-1576) hakimiyyəti dövründə Böyük Moğol imperatoru Humayun öz itirilmiş taxt-tacını geri qaytarmaq üçün Şah I Təhmasibdən hərbi yardım göstərməsini xahiş etmişdir. Şah Təhmasib azərbaycanlı qızılbaş tayfasından olan 12 min nəfər döyüşkən əsgərdən ibarət ordunu onun sərəncamına göndərmişdir. Sonradan onların böyük əksəriyyəti orada qalaraq məskunlaşmış və yerli xalqların sıralarına qatılmışlar. Bu gün Pakistanda istifadə edilən minlərlə adlar, o cümlədən “Qızılbaş”, “Təbrizli”, “Şirvanlı”, “Şirvani”, “Naxçıvani” və s. kimi soyadları, “Mirzə”, “Xan”, “Şah”, “Bəyim” kimi insan adları tarixən formalaşmış etnik qohumluğun və qardaşlıq bağlarının göstəricilərindəndir. XIX əsr Pakistan dövlətçiliyinin bərpasının ən çətin dövrlərindən olmuşdur. Ölkənin indiki ərazisi ingilis qoşunları tərəfindən işğal edilərək Britaniya Hindistanının tərkibinə qatılmışdı. XX əsrdə dünyada gedən mürəkkəb proseslərə, dünyanı sarsıdan müharibələrə baxmayaraq, bu dövrdə müstəqil Pakistan dövlətinin yaradılması uğrunda mübarizə geniş vüsət almışdı. Müstəqillik uğrunda azadlıq mübarizəsinin ən çətin günlərində bu ərazilərdə çuma pandemiyası baş qaldırmış və ölkənin bütün ərazisini bürümüşdü. O dövrün tarixi mənbələrində qeyd olunduğu kimi, qısa müddətdə bütün ölkə ərazisinə yayılan bu xəstəlik 100 mindən çox insanın həyatına son qoymuşdu. Xəstəliyin qarşısı vaxtında alınmasaydı, onun miqyası və fəsadları daha fəlakətli olacaqdı. O zaman azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev qardaş Pakistan xalqının bu faciəsinə biganə qalmayaraq, öz hesabına 300 mindən artıq çuma əleyhinə vaksin alaraq oraya göndərmişdi. Bu, əhalinin qalan hissəsinin çuma xəstəliyindən qorunmasında həlledici rol oynamışdı. Qədirbilən Pakistan xalqı Azərbaycan xalqının bu qardaş köməyini heç vaxt unutmamış, müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil etmişlər. Pakistan və Azərbaycan dövlətləri arasında əlaqələrin ən yüksək səviyyəsini göstərən önəmli faktlardan biri də ondan ibarətdir ki, Pakistan Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür. 1993-cü il aprelin 30-da keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik etmişdir. 2012-ci ildə Pakistan Senatı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi Xocalı soyqırımının rəsmən tanınması barədə qərar qəbul etmişdir. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan və Pakistan dövlətləri arasında ikitərəfli münasibətlər ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə keyfiyyətcə yeni daha yüksək mərhələyə daxil olmuşdur. Məhz ulu öndərin müstəsna xidmətləri sayəsində və onun Pakistanın rəhbər şəxsləri ilə yüksək səviyyəli görüşlərinin nəticəsi olaraq, iki ölkə arasında əlaqələr daha da gücləndirilmiş, xüsusən beynəlxalq və regional məsələlərdə strateji müttəfiqlik səviyyəsinə qaldırılmışdır. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol” və “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” imzalanmışdır. Bu sənədlər iki dövlət arasında sonrakı əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsinə böyük təsir göstərmişdir. 1996-cı il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti Faruk Əhməd Xan Leqari ilə görüş ölkələrimiz arasında münasibətlərin sonrakı inkişafına xüsusi təkan vermişdir. Görüş zamanı 9 sənəd imzalanmış, Azərbaycan və Pakistan prezidentləri keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birlərini dəstəklədiklərini bəyan etmişlər. Pakistanın dövlət başçısı tərəfindən Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə Prezident Heydər Əliyev geniş nitq söyləyərək, Pakistan dövlətinin Azərbaycana daim dəstək verdiyini, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü daim pislədiyini və Ermənistanı təcavüzkar bir dövlət kimi ittiham etdiyini xüsusi qeyd edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistan nümayəndəsinin Azərbaycana qarşı çox ədalətli mövqe nümayiş etdirdiyini bir daha xatırladıb. Səfər çərçivəsində Prezident Heydər Əliyevlə Pakistanın Baş naziri Bənəzir Buhutto arasında keçirilmiş görüş də iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan vermişdir. İki ölkə arasında sənədlərin imzalanma mərasimindən sonra keçirilmiş birgə mətbuat konfransında Prezident Heydər Əliyev Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan edərək demişdir: “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik”. Sonrakı illərdə də dövlət və hökumət başçılarının davamlı olaraq ən yüksək səviyyədə keçirilmiş görüşlərində, nüfuzlu beynəlxalq təşkilatların toplantılarında Azərbaycan və Pakistan həmişə bir-birinin haqlı mövqelərini dəstəklədiklərini bəyan etmişlər. İki dövlət arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişafının nəticəsi olaraq, 2002-ci ildə Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanmışdır. Qeyd etmək lazımdır ki, Pakistan və Azərbaycan dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı XXl əsrdə də davam etmişdir. Hələ İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri olarkən Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf ilə 2003-cü il sentyabrın 25-də keçirilmiş ilk görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur. 2004-cü il iyulun 8-də isə Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycanda üçgünlük rəsmi səfərdə olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə edilmiş, bir sıra sənədlər imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə qəbul edilmişdir. Prezident Pərviz Müşərrəf Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləmiş və keçmiş Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bəyan etmişdir. 2005-ci il aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana ikigünlük rəsmi səfəri də ikitərəfli dövlətlərarası münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında önəmli rol oynamışdır. Ölkə başçımızın Pakistan Prezidenti Pərviz Müşərrəflə görüşündə dövlətlərarası münasibətlər müzakirə olunmuş, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində əməkdaşlığa dair 6 saziş imzalanmışdır. 2005-ci il oktyabrın 8-də Pakistanın şimalında baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə 40 nəfərlik xilasedici dəstə, o cümlədən 20 nəfər yüksəkixtisaslı həkim lazım olan bütün avadanlıqlarla birlikdə xüsusi təyyarə ilə Pakistana göndərilmiş, eyni zamanda zəlzələdən zərərçəkənlərə ilkin yardım göstərilməsi məqsədilə 1,5 milyon dollar vəsait ayrılmışdı. Sonrakı illərdə də müxtəlif layihələrin həyata keçirilməsinə yardımlar davam etdirilmiş və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələ zonasında ilk məktəb də inşa edilib istifadəyə verilmişdir. Yeri gəlmişkən, burada xatırlatmaq istərdim ki, 2015-ci il 11 mart tarixində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın yüksək “Hilal-e-Pakistan” ordeninə layiq görülmüşdür. 2022-ci ildə Pakistanda musson yağışları nəticəsində yaranmış və ölkə ərazisinin üçdəbirinin su altında qalmasına, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olmuş humanitar fəlakət zamanı da Azərbaycan qardaş Pakistan xalqının yanında olmuşdur. Fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə avqust ayında Pakistan İslam Respublikasına 2 milyon ABŞ dolları həcmində və 2023-cü ildə əlavə olaraq 2 milyon ABŞ dolları həcmində yardım göndərilmişdir. Burada xüsusi qeyd etmək istəyirəm ki, son üç onillikdə Azərbaycan və Pakistanın dövlət və hökumət başçıları səviyyəsində davamlı olaraq qarşılıqlı rəsmi səfərlər təşkil edilmiş, görüşlər keçirilmiş, ölkələrimiz arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunmuş, birgə qərarlar qəbul edilmişdir. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən 2015-ci il 11 mart tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni xüsusi vurğulamaq lazımdır. Ümumiyyətlə, birmənalı şəkildə demək lazımdır ki, Pakistan dövlətinin liderləri bütün platformalarda davamlı olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləmiş, Azərbaycanın işğal olunmuş bütün torpaqlarının qeyd-şərtsiz tamamilə azad edilməsi, erməni silahlı qüvvələrinin Qarabağdan və ətraf rayonlardan çıxarılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı ölkəmizin haqlı tələblərini bütün beynəlxalq platformalarda müdafiə etmişlər. Bu mənada 2016-cı ildə Aprel döyüşləri zamanı qardaş ölkənin məsələyə münasibətini xatırlatmaq istəyirəm: “Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir”. Hətta həmin günlərdə cəbhədə ağır döyüşlər getdiyi bir zamanda kütləvi informasiya vasitələrində Pakistanın 100 minlik ordusunun döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə məlumat da yayılmışdı. Azərbaycan dövləti də öz növbəsində bütün bu illər ərzində Kəşmir münaqişəsi ilə bağlı Pakistanın haqlı mövqeyini dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın ədalətli mübarizəsinə yalnız dost və qardaş ölkələr siyasi və mənəvi dəstək verdilər. Bu sırada biz Türkiyə ilə yanaşı, Pakistan xalqının və dövlətinin Azərbaycana siyasi və mənəvi dəstəyini gördük. Xalqımız bu dəstəyi yüksək qiymətləndirir və heç vaxt unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 21 iyun tarixində Pakistanın hərbi nümayəndə heyətini qəbul edərkən dediyi kimi: “Pakistan və Azərbaycan iki qardaş ölkə olaraq ikitərəfli əlaqələrini gücləndirir. Biz xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq. Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi – Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir”. Bu gün Azərbaycan-Türkiyə-Pakistan birliyi dünyada sabitliyin, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işində kifayət qədər böyük rol oynayır. Bu ölkələr arasında bütün sahələrdə tərəfdaşlıq əlaqələri, beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək vermələri hər addımda görünür. 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrdə də qardaş Türkiyə ilə yanaşı, Pakistanın daim Azərbaycanın yanında olması, ona öz siyasi və mənəvi dəstəyini göstərməsi bu dövlətlərin sarsılmaz birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Vətən müharibəsində parlaq zəfərimizə münasibət bildirən Pakistan Prezidenti Arif Alvinin dediyi kimi, “Qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq”. Bununla o, tarixi qələbəmizin Pakistan xalqı və dövləti üçün əhəmiyyətini bir daha vurğulamışdır. Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə 2021-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə keçirilən “Üç Qardaş –…

    Read More »
  • “İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiqlənib

    Zamiq Yunisov 23 May 2023 | 15:06
    0 494
    Cəmmiyyət Əsas manşet İkinci manşet Lent manşet Maraqlı Siyasət

    “İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiq edilib. İnterval.Az  bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə əsasən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı belədir: 1. Heydər Əliyev Fondu 2. Qarabağ Dirçəliş Fondu 3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid…

    Read More »
  • Azərbaycan Ukraynaya yeni səfir təyin etdi

    Zamiq Yunisov 23 May 2023 | 14:42
    0 409
    Cəmmiyyət Dünya Əsas manşet İkinci manşet Lent manşet Siyasət

    Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb. İnterval.Az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.…

    Read More »
  • İlham Əliyev Ermənistanla sülh müqaviləsi üçün Azərbaycanın şərtini açıqlayıb

    Zamiq Yunisov 23 May 2023 | 14:23
    0 401
    Cəmmiyyət Dünya Əsas manşet Foto İkinci manşet Lent manşet Maraqlı Siyasət

    Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmiz sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. İnterval.Az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycan, Gürcüstan…

    Read More »
  • Baltika ilə Xəzər dənizinin birləşdirilməsi – Prezident İlham Əliyev Avrasiyanın inteqrasiyasına yol açır

    Zamiq Yunisov 23 May 2023 | 12:09
    0 393
    Cəmmiyyət Dünya Əsas manşet Foto İkinci manşet Lent manşet Maraqlı Siyasət

    Qlobal kontekstə nəqliyyat və enerji asılılığı məsələləri ən kritik olmasa da, birinci dərəcəli əhəmiyyət kəsb edib. Azərbaycan bu çətin zamanlarda öz logistika və nəqliyyat infrastrukturunun möhkəmlənməsinə fokuslanmaqla eyni zamanda özünün enerji təhlükəsizliyinin təmini və tərəfdaşlarının dəstəklənməsi üçün yeni yanaşmalar tapmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən və hərtərəfli siyasəti son illər ərzində…

    Read More »
  • “Hesab edirik ki, bugünkü danışıqlar da məhsuldar olacaq”

    Zamiq Yunisov 19 May 2023 | 17:25
    0 419
    Cəmmiyyət Dünya Foto İkinci manşet Lent manşet Maraqlı Siyasət

    Azərbaycan mütəmadi olaraq Ermənistanla postmünaqişə dövründə münasibətlərin normallaşmasının tərəfdarı olub. İnterval.Az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistanın XİN rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyanla üçtərəfli görüşdə deyib. “Postmünaqişə dövründə normallaşma müxtəlif istiqamətlərdən ibarət prosesdir. Biz bütün istiqamətlər üzrə paralel çalışmağın tərəfdarıyıq”, – o…

    Read More »
  • Prezident: Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır

    Zamiq Yunisov 19 May 2023 | 15:05
    0 440
    Cəmmiyyət Dünya Əsas manşet Foto İkinci manşet Lent manşet Maraqlı Siyasət

    Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. İnterval.Az  bildirir ki, bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da…

    Read More »
  • Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb – YENİLƏNİB – FOTO

    Zamiq Yunisov 19 May 2023 | 14:40
    0 464
    Cəmmiyyət Dünya Foto İkinci manşet Lent manşet Maraqlı Siyasət

    Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. İnterval.Az xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə…

    Read More »
  • Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq

    Zamiq Yunisov 18 May 2023 | 17:03
    0 400
    Cəmmiyyət Dünya Əsas manşet İkinci manşet İqtisadiyyat Lent manşet Maraqlı Siyasət

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb. İnterval.Az bildirir ki, qanuna əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib. Zamiq…

    Read More »
  • “Yalnız değilsin” adlı solo konserti cəbhədəki gərkinliklə əlaqədar 21-22 oktyabr 2023-cü il tarixə keçirilir. 

    Zamiq Yunisov 11 May 2023 | 19:42
    0 805
    Cəmmiyyət Dünya Foto İkinci manşet Lent manşet Maraqlı Siyasət

    İnterval.Az-ın məlumatına görə,    “Yaz” mediagroup bildirir ki,   Türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış ismi, yazıçı və bəstəkar Ali Kınıkın  Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək 12-13 may tarixindəki  “Yalnız değilsin” adlı solo konserti cəbhədəki gərkinliklə əlaqədar 21-22 oktyabr 2023-cü il tarixə keçirilir. Alınan bütün biletlər quvvədədir Ayla Qafqazlı   İnterval.Az  

    Read More »
Previous page Next page

Xəbər lenti

  • 25 Noyabr 2025 | 01:52

    “Azərbaycan klubu Çempionlar Liqası kimi böyük turnirdə oynamamalıdır”

  • 18 Noyabr 2025 | 21:58

    Günay İbrahimova qanunsuz gəlir əldə etdi – CƏRİMƏSİ…

  • 14 Oktyabr 2025 | 15:21

    “16 oktyabr – Ümumdünya Qida Gününə” həsr olunmuş maarifləndirici tədbir keçirildi

  • 14 Oktyabr 2025 | 14:42

    Ali Məhkəmənin qərarı: “Qavaldaş nağara” ilə bağlı iş üzrə yekun qərar qüvvəyə mindi

  • 14 Oktyabr 2025 | 11:13

    Yunisov Zamiq: “Qavaldaş nağara” Natiq Şirinovun orijinal sənət əsəridi

  • 4 Oktyabr 2025 | 21:23

    Niderland mediası Oisterwijk şəhərinin Azərbaycanla mənəvi yaxınlığından yazdı

  • 4 Oktyabr 2025 | 20:54

    “Medo” ləqəbli Məmməd Məmmədov Oistervijk şəhərində yad edildi — FOTO

  • 29 Sentyabr 2025 | 15:26

    MHUIB-III MDB Oyunlarında müəllif hüquqlarının qorunması sahəsində uğurlu fəaliyyət göstərib

  • 26 Sentyabr 2025 | 13:51

    EAPCA-nın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Anım Günü” adlı beynəlxalq konfrans onlayn formatda keçirilib.

  • 24 Sentyabr 2025 | 20:16

    Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər

  • 24 Sentyabr 2025 | 20:13

    İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub

  • 24 Sentyabr 2025 | 17:20

    Müəllif Hüquqları Uğrunda İctimai Birliyində rəsmi qəbul

  • 22 Sentyabr 2025 | 17:06

    Avtobuslarda gediş haqqı forması dəyişəcək – AYNA işlər aparır

  • 1 Sentyabr 2025 | 00:26

    İlqar Hüseynov “Şərəf” medalı ilə təltif edildi

  • 25 Avqust 2025 | 15:19

    Prezident Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlı SƏRƏNCAM imzaladı

Çox oxunan xəbərlər

Foto İkinci manşet Lent manşet Mədəniyyət

“Mübariz” operasının premyerasında şəhidlərə əbədi ehtiram – FOTO

Foto İkinci manşet Lent manşet Şou-Biznes

Azərbaycanlı iş adamı Bakıda türk aktyorlarla şam yeməyində – FOTO

Foto İkinci manşet Lent manşet Mədəniyyət Şou-Biznes

11 yaşlı Arzu qonaqlara təsirli hislər yaşatdı – FOTO

Cəmmiyyət Dünya İkinci manşet Kriminal-Hadisə Lent manşet Maraqlı

“Qanuni oğru” adını alan 52 azərbaycanlı – SİYAHI

Cəmmiyyət Əsas manşet Foto Mədəniyyət

Ulu Öndər Heydər Əliyevin heç vaxt nümayiş olunmayan təsirli FOTOSU

Arxiv

Dekabr 2025
BEÇAÇCACŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
« Noy    





Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

SiyasətŞou-BiznesTexnologiya
CəmiyyətİdmanVideo
İqtisadiyyatDünyaFoto
Kriminal-HadisəSağlamlıqHaqqımızda
MədəniyyətMaraqlıƏlaqə
© Bütün hüquqlar qorunur 2020 - 2023 İnterval.az
Interval.az Logo Header Menu
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Kriminal-Hadisə
  • Mədəniyyət
  • Şou-Biznes
  • İdman
  • Dünya
  • Sağlamlıq
  • Maraqlı
    • Texnologiya
  • Multimedia
    • Video
    • Foto