Mədəniyyət
Zeynəb Xanlarova 12 il sonra konsert verəcək
Xalq artisti Zeynəb Xanlarova 12 ildən sonra solo konsert verəcək. İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutacaq gecənin təşkilatçıları “Peachline” və “Kevents Group” şirkətləridir. Bildirilir ki, konsert 2020-ci ilin 18 mart tarixində keçiriləcək. Xatırladaq ki, Z.Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi.
Read More »“Karmen” operasının tamaşası keçiriləcək
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası keçiriləcək. İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, tamaşada Karmen partiyasını Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ifa edəcəkdir. F.Hacıyeva ilə yanaşı opera tamaşasında Teatrın solistlərindən Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita), Əməkdar artistlər Fərid Əliyev…
Read More »Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri və pianoçu Lyuka Debarqın konserti keçiriləcək
Martın 14-də Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək. İnterval.Az Trend-ə istinadən xəbər verir ki, konsert proqramında görkəmli bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq və Miloş Maginin əsərləri təqdim ediləcək. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar. Baltikyanı…
Read More »11 yaşlı Arzu qonaqlara təsirli hislər yaşatdı – FOTO
“Uşaqlar vətəni təmənnasız sevir…” Bunu İnterval.Az-a yeni yaradıcı işin təqdimat mərasimində prodüser Renat Əhmədov deyib. O, bildirib ki, yeni yaradıcı iş 11 yaşlı Arzu Ağamuradovanın ifa etdiyi sözləri Xanım İsmayılqızına, musiqisi Tanos Mikruçikosa aid olan “Vətən Anadır” mahnısına çəkilən klipin təqdimatıdır. “Klipin mövzusunun əsasında balaca qızın xəyalında canlandırdığı vətən anlayışı…
Read More »İşsiz qalan Xalq artisti: “Evdə oturub ölümümü gözləyirəm”
Mənəvi cəhətdən boşluq yaşayıram. Çox darıxıram. Evdə oturub ölümün yaxınlaşmasını gözləyirəm. İnterval.Az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Azərbaycanın Xalq artisti Valeh Kərimov deyib. “Moşu” kimi tanıdığımız aktyor işsiz qalmasından gileylənib. “Evdə oturub ölümümü gözləyirəm. Nə zaman əcəl gələcək, onda ölüb gedəcəyəm. İşim yox, gücüm yox. Mən nə plan…
Read More »Şövkət Ələkbərovanın intihar edən həyat yoldaşı – FAKTLAR – FOTO
Bu gün mərhum rejissor Lətif Səfərovun anım günüdür. İnterval.Az kulis.az-a istinadən bu münasibətlə rejissor haqqında maraqlı faktları təqdim edir. Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşı olanda rejissor Leo Murun “Gilan qızı” filminə çəkilib. Sonralar “Sevil”, “Lətif”, “Şərqə yol”, “Qızıl kol” filmlərində uşaq rollarını oynayıb. 1940-cı ildə…
Read More »“Qarabağnamə” 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə nümayiş ediləcək
“Qarabağnamə” 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə nümayiş ediləcək. İnterval.Az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunacaq. Xalq Yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl…
Read More »Rəşid Behbudovdan 70 yaşlı “Yeni il mahnısı” – VİDEO
Dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun çox maraqlı ifası yayımlanıb. İnterval.Az-ın məlumatına görə, dahi sənətkarın Yeni İl bayramı münasibəti ilə ifa etdiyi “Yeni il mahnısı” və yaxud “Ziyafət” adlı mahnı dinləyənlərin böyük marağına səbəb olub. Belə ki, Rəşid Behdudov Fondunun rəhbəri Kamil…
Read More »Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ
Əbülfət Əliyev sənətinin Məcnunu idi… Onun həzin, məlahətli səslə ifa etdiyi muğam və təsniflər, xalq mahnıları bu gün də yaddaşlarda yaşayır. Mərhum xanəndə, Xalq artisti Əbülfət Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda – İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. O, Azərbaycan Opera və…
Read More »Azərin əsəbləşdi: “Azəri deməyin, Azərbaycan türkcəsi deyin” – VİDEO
Türkiyədə kifayət qədər tanınan müğənni Azərin qonaq olduğu Okan Bayülgenin “Muhabbet Kralı” verilişində qəzəblənib. İnterval.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, buna səbəb verilişdə Bayülgenin “Azəri türkcəsi” deməsi olub. Hövsələdən çıxan Azərin aparıcının sözlərinə düzəliş edib: “Azəri deməyin, Azərbaycan türkcəsi deyin. Bu siyasi bir şəcərədir. Başqa sözlə, siyasi qüvvələrin bizi idarə…
Read More »










