Siyasət
“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 100-cü kitabı çapdan çıxıb
Nəşrinə 2008-ci ilin dekabrından başlanılan “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyi dövlətimizin uğurlu daxili və xarici siyasətini, ölkəmizin sosial-iqtisadi həyatının müxtəlif sahələrini, beynəlxalq aləmdə mövqeyini, bir sözlə, ən yeni tariximizi əks etdirən və bununla da fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən dəyərli kitablardır. İnterval.Az Trend-ə istinadən bildirir ki, bu günlərdə çoxcildliyin yubiley nəşri…
Read More »Azərbaycan XİN Qazaxıstana nota verib
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib. İnterval.Az xəbər verir ki, bu barədə Milli.Az-a XİN-dən məlumat verilib. Görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan…
Read More »Prezident İlham Əliyev polşalı həmkarına təbrik məktubu göndərib
Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib. İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bugünkü…
Read More »Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İnterval.Az Trend-ə istinadən bildirir ki, gündəlikdə “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər olub. Komitə sədri Musa Quliyev məlumat verib ki, Azərbaycan Prezidentinin cari il martın 19-da…
Read More »Dövlətin qəbul etdiyi qanun və qaydalara riayət etsək koronavirusdan xilas olarıq
Bir neçə aydır ki, dünyada hökm sürən koronavirus pandemiyası bu gün də insanları böyük sınaqlarla qarşı-qarşıya qoyur. Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla dövlətimiz tərəfindən həm qabaqlayıcı tədbirlər, həm də pandemiya dövründə xalqımızın sosial müdafiəsi və maddi təminatı üzrə…
Read More »Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum oldu
Milli Məclisin növbəti plenar iclaslarının vaxtı məlum olub. İnterval.Az Trend-ə istinadən xəbər verir ki, növbəti iclas mayın 5-də keçiriləcək. Daha bir plenar iclasın isə mayın 8-də keçirilməsi nəzərdə tutulur.
Read More »Cəbhədən XƏBƏR VAR:
Atəşkəs pozulub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. İnterval.Az xəbər verir ki, Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan…
Read More »Təcili: Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadıldı – YENİ TƏLƏBLƏR
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. İnterval.Az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata…
Read More »Ermənistan təmas xəttində yeni təxribata hazırlaşır – FAKTLAR
Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində yeni təxribata hazırlaşır. İnterval.Az-ın məlumatına əsasən, Milli.Az modern.az-a istinadən xəbər verir ki, aprelin 28-dən 30-na qədər düşmən ordusunun Qarabağda yerləşən xüsusi təyinatlı qüvvələr taktiki təlimlərə başlayıb. Qondarma rejimin Baş Qərargah rəsinin müavini Kamo Vardanyanın izlədiyi taktiki təlimlər zamanı gecə şəraitində müdafiə və əks-hücum taktikaları sınaqdan…
Read More »Prezident İlham Əliyev: İstənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır
İstənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır. İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib. Prezident İlham Əliyev bildirib: “Kadr islahatları aparılır və bu…
Read More »









